Azərbaycanlı milyonçu Tovuza təcili tibbi yardım maşını hədiyyə etdi

  • 2020.05.23 18:09
  • 2426 Baxış
Azərbaycanlı milyonçu Tovuza təcili tibbi yardım maşını hədiyyə etdi

Azərbaycan əsilli iki milyonçu - professor İlham Rəhimov və Qod Nisanov Azərbaycan prezidentinin çağırışına qoşularaq Koronavirusla Mübarizə Fonduna 2 milyon manat həcmində maddi vəsait köçürdüklərini, əlavə olaraq ölkəyə 10 ədəd təcili tibbi yardım avtomobili hədiyyə etdiklərini bildirmişdilər.

Medicina.az xəbər verir ki, İlham Rəhimov Yeni Müsavat" qəzetinin əməkdaşına həmin avtomobillərdən birinin sərhəd bölgəsi olan və doğulduğu Tovuza bağışlanacağını bildirmişdi.

Hədiyyə ambulanslardan biri - tam təchizatlı, "Folksvagen" markalı təcili tibbi yardım maşını Tovuza gətirilib və rayon səhiyyəsinə hədiyyə edilib.