Azərbaycanlı prodüserin qızı xərçəngdən vəfat etdi

  • 2024.04.18 15:35
  • 533 Baxış
Azərbaycanlı prodüserin qızı   xərçəngdən vəfat etdi

Azərbaycanlı prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib.

"Medicina" xəbər verir ki, qızı Nərmin uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş.

O, 2 il əvvəl ailə qurub, Almaniyada yaşayırdı.


Rövşən uzun illər mərhum Xalq artisti Səməd Səmədovla çalışıb, Flora Kərimovanın prodüseri olub.

Hazırda Əməkdar artist Manana Çaparidzenin prodüseridir.