Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

AzTU-nun dosenti 52 yaşında vəfat etdi

  • 2023.09.06 15:12
  • 1763 Baxış
AzTU-nun dosenti  52 yaşında vəfat etdi
Azərbaycan Texniki Universitetinin (AzTU) Mexatronika və maşın dizaynı kafedrasının dosenti Nigar Zeynalova uzunsürən xəstəlikdən sonra 52 yaşında vəfat edib.

Bu barədə Medicina.az -a AzTU-dan məlumat verilib.

Nigar Zeynalova 1992-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Avtomatika və hesablama texnikası fakültəsini bitirib. 1992-ci ildən universitetdə müxtəlif vəzifələrdə çalışıb.

O, çoxsaylı metodik vəsait və fənn proqramının müəllifi idi.