AZTV-də koronavirusa kütləvi yoliuxma ilə bağlı AÇIQLAMA

  • 2020.06.25 15:07
  • 3391 Baxış
AZTV-də koronavirusa kütləvi yoliuxma ilə bağlı AÇIQLAMA

AzTV 50-dən çox əməkdaşının koronavirusa yoluxması ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Kanalın sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva “Qafqazinfo”ya məsələ ilə bağlı açıqlamasında məlumatı təkzib edib:


“50-dən çox əməkdaşımızda koronavirusa yoluxma halının qeydə alınması ilə bağlı yayılmış məlumat düzgün deyil. Televiziya və Radio Akademiyasının prorektorları Almaz Mahmud, Ülfət Rəhimovanın yoluxması ilə bağlı məlumat mediada bir müddət öncə işıqlandırılmışdı. Onlar müalicə alırlar və artıq vəziyyətləri də yaxşıdır.

Ancaq sədr müavini Rafiq Həşimovun yoluxması ilə bağlı yayılmış xəbər doğru deyil”.