B6 vitaminin əsas faydası açıqlandı – Bu xəstəliklərdə vacibdir

  • 2020.10.19 17:59
  • 2232 Baxış
B6 vitaminin əsas faydası açıqlandı  – Bu xəstəliklərdə vacibdir

Sinir əsəb sisteminin vitamini hesab edilən B 6 vitamininin daha bir faydası tapılıb.
O, ürək-damar sisteminin normal işləməsi üçün vacibdir.


Vitamin suda həll olduğu üçün orqanizmdən asanlıqla yuyulub gedir. Ona görə də hətta sağlam adamlarda da daim B 6 əsklikliyi olur.

Xəstə insanlarda isə bu defisit kəskindir.

Yeyilən qidanın enerjiyə çevrilməsi üçün də B 6 lazımdır.
Beyin də B 6-sız işləyə bilmir.


Vitamin B6 neyromediatorlar olan dofamin, serotonin və melatonin sintezi üçün vacibdir. Buna görə də B6 vitamin normada olanda insanın əhvalı, yuxusu yaxşı olur, həyatdan zövq alır.


Bu vitamin az olan insanlarda qanda hemoqlobin da aşağı olur, qanazlığı yaranır.

B6 ilə zəngin qidalar: toyuq əti, paxlalılar, ispanaq, portağal və tərəvəzlərdir.


Əgər kəskin defisit varsa, həkim tablet və inyeksiya təyin edə bilər