Bağırsaqda xərçəngi erkən göstərən qan testi

  • 2023.08.02 22:55
  • 1413 Baxış
Bağırsaqda xərçəngi erkən göstərən qan testi

45 yaşından sonra hər kəs bağırsaq xərçəngini erkən mərhələdə aşkar etməyə imkan verən qan testindən keçməlidir.


“Medicina” xəbər verir ki, onkoloq İqor Samoylenkanın sözlərinə görə, bağırsaq xərçəngini erkən aşkarlamaq mümkündür.

“Heç bir əlaməti olmasa da 45-50 yaşdan yuxarı insanlarda nəcisdə gizli qan testi aparılır. Məhz bu testin köməyi ilə bağırsaq xərçəngini ilkin mərhələdə aşkar etmək olar.

Kolonoskopiya xərçəngin erkən diaqnozunu asanlaşdırır. Bu prosedur sayəsində poliplər aşkar edilir ki, bu da həkimlər tərəfindən xərçəng öncəsi vəziyyətlər adlandırılır.

Məhz bağırsaqda yaranan poliplərdən sonra bədxassəli şişlər -kolorektal xərçəng əmələ gəlir”.

Samoylenko bildirib ki, aşkar edilmiş poliplər çıxarıla bilər.

Günay Quluzadə