Bağırsaqları sağlam edən 3 içki

  • 2023.12.25 20:35
  • 2314 Baxış
Bağırsaqları sağlam edən  3 içki

Bağırsaq və qaraciyərə müsbət təsir edən içkilər antioksidant təsir edir.


“Medicina” xəbər verir ki, həkim Cozef Selhab bağırsaqlara müsbət təsir edən içkiləri açıqlayıb.

“Bunlardan birincisi qara qəhvədir. Xüsusən qaraciyər piylənməsinə qarşı bu içki antioksidant təsir edir.

Qaraciyərin xərçəngi, sirrozu riskini azaldır. Kofein metobolizmi artırır, piyləri, kaloriləri yandırır, bununla da piylənmənin qarşısını alır.

Qəhvə içməyənlər eyni təsirə malik yaşıl çay içə bilər.
Yaşıl çayda olan maddələr bağırsağa da əla təsir edir.

Daha sağlam içki istəyənlər blenderdə meyvə və tərəvəzləri qarışdıra bilər.

Bu içkilər həm toxluq verir, həm də vitaminlərlə təmin edir.

Bağırsaq mikroflorası onun sağlamlıq açarıdır. Bağırsaq iltihabına qarşı pro və prebiotiklər vacibdir.
Əgər bu qidaları yesəniz, beyin, psixi sağlamlığınız da düzələ bilər.

Probiotik tərkibli qidalar kələm, fermentləşdirilmiş turşular, qatıq, kefir, yoqurtdur”.


Aygün Musayeva