Bakıda 16 yaşlı qızın bədəni aşırı tükləndi- Ginekoloq açıqlaması

  • 2023.01.16 14:42
  • 2216 Baxış
Bakıda 16 yaşlı qızın bədəni aşırı tükləndi - Ginekoloq açıqlaması

16 yaşlı pasiyent aybaşı pozğunluğu, tüklənmə, piylənmə və qarnın sağ tərəfində mövcud olan ağrılar ilə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna müraciət edib.



"Medicina" xəbər verir ki, mama-ginekoloq Tuğraxanım Əlinağıyeva tərəfindən konsultasiya olunan pasiyentə müayinələr icra olunub. Sağ yumurtalıqda 7,5 sm ölçüdə kista aşkarlanlb. Laborator analizlərin nəticəsi zamanı androgenlərin səviyyəsi normadan yüksək çıxın. Bütün müayinələrdən sonra xəstəyə yumurtalıqların polikistozu sindromu diaqnozu qoyulub və ona müalicə planı təyin edilib.

Nəticə olaraq aybaşı periodunda mövcud olan pozğunluqlar aradan qaldırılıb, kista sovrulub, tüklənmə azallb və pasiyentin çəkisi normaya düşməyə başlayıb.