Bakıda 800 manata olan bu dərman koronavirusdan ölümə ÇARƏDİRMİ?

  • 2021.09.14 16:02
  • 2455 Baxış
Bakıda 800 manata olan bu dərman koronavirusdan ölümə  ÇARƏDİRMİ?
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yayılan məlumata görə, dünyada COVID-19 xəstələrinə xidmət qaydaları yenilənib.

Medicina.az xəbər verir ki, ÜST "interleykin-6" reseptor blokatorlar qrupundakı dərmanların kortikosteroidlərlə birlikdə istifadəsinin ağır koronavirus xəstələrinin həyatını xilas etdiyini açıqlayıb.

ÜST-nin açıqlamasında 2020-ci ilin sentyabrında kortikosteroidlərin tövsiyə edilməsindən sonra bu dərmanın COVID-19-a qarşı təsirli olduğu aşkarlanan ilk dərman vasitəsi olduğu vurğulanıb.

Şiddətli COVID-19 ağrıları, ümumiyyətlə, immunitet sisteminin virusa həddən çox reaksiya verdiyi və xəstələrin bu vəziyyətdən zərər gördükləri müşahidə edilir. Ancaq "tocilizumab və sarilumab" ehtiva edən Aktemra dərmanı həddindən artıq reaksiyanı azaltmaqla xəstənin zərər görməsini əngəlləyir.

ÜST dərmanın kritik hallarda ölüm nisbətini 13% azaltdığını, bunun hər 1000 xəstə üçün 15 ölüm və hər 1000 ağır xəstə üçün 28 ölüm az olduğunu qeyd edib.

Qeyd edək ki, Bakıda bu dərmanın bir flakonu 800 manatdır. Modul tipli xəstəxanalarda ağır ölüm ayağında olan xəstələrə bu dərmanın verilməsi faktları var. Lakin heç də hər xəstəyə bu təsir etmir.

Bəzən ailələr ağır xəstələri üçün Aktemranı çətinliklə də olsa tapıb həkiminə çatdırır.