Bakıda "Azərbaycan-Türkiyə Pediatriya günləri" keçirilir

  • 2023.11.03 15:48
  • 2718 Baxış
Bakıda "Azərbaycan-Türkiyə Pediatriya günləri"    keçirilir


Bakıda Ümummlli Lider Heydər Əliyevin 100 illiyinə və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr olunmuş “AZƏRBAYCAN- Türkiyə Pediatriya günləri” elmi praktik konfransı keçirilir.


"Medicina" xəbər verir ki, tədbir 3-4 noyabr tarixlərində Barkıda Badamdar Oteldə Səhiyyə Nazirliyi, TƏBİB, Türkiyə Respublikası “Çocuk Astım ve Allerji Akademisi Derneği” və Türkiyə Pediatriya Qurumunun dəstəyi ilə həyata keçirilir.


Konfransın elmi proqramında pediatriyanın müasir problemlərinin müzakirəsinə həsr olunmuş 7 müzakirəli panel nəzərdə tutulmuşdur ki, yerli mütəxəssislərlə yanaşı Türkiyə, Almaniya, Orta Asiya türk dövlətlərini təmsil edən məşhur elm adamları bu panellərdə çıxış edəcək, iştirakçılarla öz təcrübələrini bölüşəcəklər. Zəngin elmi proqram azərbaycanlı uşaq həkimlərinin elmi-praktik bacarıqlarının artırılmasına öz töhfəsini verəcək.


Bu gün konfransın rəsmi açılışı mərasimi olub. Konqresin sədri dosent Məleykə Kərimova Səhiyyə Nazirliyi Ana və uşaq sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, TƏBİB Tibbi təhsil və İnnovasiyalar departamentinin müdiri Teymur Mirzəbəyli, “Çocuk Astım ve Allerji Akademisi Derneği” başqanı Prof.Dr. Koray Harmancı açılış nitqi ilə çıxış edib və konfransın işinə uğurlar arzulayıblar.


Sonra konfransın elmi hissəsi “Uşaqlarda hər xışıltı bronxial astmadırmı? Pediatrlar nə etməlidirlər”, “Bütün aspektləri ilə inək südü proteini allergiyası (İSPA)”, “Allergenspesifik immunoterapiya. Anaflaksiya” mövzulu müzakirəli panellərlə davam edib.


4 noyabrda da konfrans elmi proqramını gün ərzində davam etdirəcək

MEDİCİNA.AZ


Bakıda "Azərbaycan-Türkiyə Pediatriya günləri"    keçirilir