Bakıda bu poliklinika bağlanır

  • 2023.08.04 16:35
  • 2807 Baxış
Bakıda bu poliklinika bağlanır

Bakının Nərimanov rayonu, Hidayətzadə küçəsi 11 ünvanında yerləşən 8 saylı Şəhər Poliklinikası bağlanır.


"Medicina" qafqazinfoya istinadən bildirir ki, poliklinika bağlı olduğu müddət ərzində vətəndaşların tibbi xidmət alması üçün bir neçə digər səhiyyə ocağı nəzərdə tutulub.

Belə ki, 18 yaşından yuxarı vətəndaşlar 4 nömrəli Şəhər Poliklinikasına, 18 yaşa qədər olanlar keçmiş 6 nömrəli Uşaq Poliklinikasına, COVID məntəqəsi və COVID əleyhinə vaksinasiya üçün keçmiş 13 nömrəli Şəhər Poliklinikasına müraciət edə bilərlər.