Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda damar cərrahı koronavirusdan vəfat etdi

  • 2020.06.24 17:17
  • 1860 Baxış
Bakıda damar cərrahı koronavirusdan vəfat etdi


Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

Medicina.az xəbər verir ki, Respublika Xüsusiləşdirilmiş Angioloji Mərkəzin baş mütəxəssisi, damar cərrahı 63 yaşlı Faiq Yusifov koronavirus infeksiyasından müalicə olunduğu xəstəxanada ölüb.

Ötən həftə onda ilkin simptomlar yaranıb və bir neçə gün öncə verdiyi testin nəticəsi pozitiv çıxıb.

Angioloji Mərkəzdən məlumatı təsdiqləyiblər.