Bakıda dünya çempionu polis zabiti xəstəxanalıq oldu - Qadın sürücü vurub keçib

  • 2020.05.27 14:24
  • 2428 Baxış
Bakıda dünya çempionu  polis zabiti xəstəxanalıq oldu  - Qadın sürücü vurub keçib

Azərbaycanda tanınmış polis zabiti xidmət zamanı ağır xəsarət alıb.

Əməkdar idman ustası, kiqboksinq üzrə 6 qat dünya, 12 qat Azərbaycan çempionu, “Prins Baku” təxəllüsü ilə tanınan polis kapitanı Kamil Şərifov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Suraxanı rayonu 31-ci Polis bölməsi əməkdaşı olan K.Şərifov mayın 11-də karantin postunda olarkən, polisin qanuni tələbinə tabe olmayan xanım sürücü tərəfindən vurulub. K.Şərifov karantin postunda "Audi" markalı maşını idarə edən qadın sürücünü icazə sənədinin olub-olmamasını yoxlamaq üçün saxlamaq istəyib. Bu zaman sürücü qadın avtomobili K.Şərifovun üstünə sürüb. Sonra qadın sürücü qaçmağa çalışarkən avtomobil K.Şərifovun sol ayağının üstündən keçib. Xəstəxanada müayinə zamanı məlum olub ki, onun ayağında vətərlər qopub.

Hadisə ilə bağlı prokurorluqda cinayət işi başlanılıb, araşdırma aparılır.