Bakıda hamilə qadın koronavirusa yoluxub.
"Medicina.az"ın "baku.ws"ə istinadla verdiyi məlumata görə, bu haqda onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.
Bildirilib ki, hamiləliyinin altıncı ayında olan Aytən adlı qadının bətnindəki körpə götürülərək, küvəzə yerləşdirilib. Ananın vəziyyətinin ağır olduğu bildirilir.
Həkimlər körpənin həyatı uğrunda mübarizə aparırlar.
Xatırladaq ki, ATU-nun Onkoloji Klinikasının həkimi İndira Səfərova da hamiləliyi dövründə koronavirusa yoluxub. O, ATU-nun Tədris Cərrahiyə Klinikasında həkim nəzarətindədir və hamiləliyinin 37-ci həftəsindədir. Dölün ana bətnində vəziyyəti tam qənaətbəxşdir.