Bakıda həkimlər üçün mühüm beynəlxalq seminar: Xoralı kolit və allergiyanın müasir müalicə yolları təqdim olunacaq

  • 2026.04.23 10:35
  • 156 Baxış
Bakıda həkimlər üçün mühüm beynəlxalq seminar:  Xoralı kolit və allergiyanın müasir müalicə yolları təqdim olunacaq

Bakıda həkimlər üçün nəzərdə tutulmuş beynəlxalq elmi seminar təşkil olunacaq.

Medicina.az xəbər verir ki, 25 aprel 2026-cı il tarixində “Xroniki xəstəliklərin müalicəsinə inteqrativ yanaşma” mövzusunda seminar keçiriləcək.

Tədbir Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində baş tutacaq.
Beynəlxalq mütəxəssis çıxış edəcək
Seminarın əsas məruzəçisi Kolumbiyadan dəvət olunmuş tibb elmləri doktoru, Javeriana Universitetinin İnteqrativ Təbabət kafedrasının rəhbəri Professor Arturo O’Birne olacaq.
Mütəxəssis xroniki və autoimmun xəstəliklərin idarə olunması ilə bağlı beynəlxalq təcrübəsini iştirakçılarla bölüşəcək.
Seminarın proqramı
Tədbir iki əsas mövzunu əhatə edəcək:
* Xoralı kolitin inteqrativ yanaşma ilə idarə olunması
* Allergik xəstəliklərdə müasir müalicə prinsipləri
Seminarda bu xəstəliklərin patogenezi, immun mexanizmləri və kompleks yanaşmalar barədə məlumat veriləcəyi bildirilir.
Kimlər iştirak edə bilər?
Qeyd olunur ki, seminar yalnız həkimlər üçün nəzərdə tutulub.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, S.C. Pişəvəri küçəsi 110
(Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi, 5-ci mərtəbə, akt zalı)
Saat: 14:30 – 18:00
Əlaqə: 012 430 89 49
Qeyd: Seminar ödənişsizdir. İştirak üçün əvvəlcədən qeydiyyat tələb olunur. Yerlər məhduddur.