Bakıda idman dərsində yıxılan şagirdin ayağında sarkoma yarandı

  • 2023.11.25 16:49
  • 2029 Baxış
Bakıda idman dərsində yıxılan şagirdin ayağında   sarkoma yarandı
15 yaşlı Pınar ağır xərçəng diaqnozu sarkomadan müalicə alır..
Sarkoma sümük əzələ sisteminin xərçəngidir.

"Medicina" xəbər verir ki, anası Ramilə Həsənova qızınınm müalicəsi üçün çağırış edib və qızının xəstəliyinin yaranmasından danışıb.


“ Pınar idman dərsi zamanı yıxılaraq ayağını zədələmişdi. Həkim bizi əmin etdi ki, heç nə yoxdur. Uşaqda ağrılar olurdu, qızımızı Bakıya apardıq. Onlar MRT olundu, ardınca biopsiyanı təhlil etdilər. Nəticədə sarkoma deyildi".


Gec müraciət etdikləri və metastaz başladığı üçün həkimlər məyusedici proqnozlar veriblər.

“Pınarı Türkiyəyə gətirdik. Metastazlar qaraciyərə təsir etdi, buna görə də orada maye yığılır. Qızıma mayenin boşaldılması üçün xüsusi boru qoyuldu.. Pınar kimyaterapiya alır və proses çox ağır keçir".

“Növbəti mərhələ əməliyyatdır, amma bizim bunun üçün heç bir vəsaitimiz qalmayıb. Bundan əvvəl qohumlarımız bizə kömək edirdisə, indi onların maddi imkanları tükənib. Nə edəcəyimizi belə bilmirik. Pula qənaət etmək üçün Ankarada kirayədə deyil, qızımla xəstəxana otağında qalıram. Yoldaşım taksi sürücüsü işləyir, ayda 350-400 manat maaş alır. 15 min manat toplamaq lazımdır. Bunun 12 mini əməliyyat, 3 mini isə dərman xərcləridir. Xahiş edirəm yeganə qızımı xilas etməyə kömək olun. Yaxşı oxuyurdu, müəllim olmaq istəyirdi...” - deyə Pınarın anası kömək istəyir.



Ramilə xanımla əlaqə : (070) 993-29-32.