"JARA" festivalı təxirə salındı - Gələn ilə qaldı

  • 2020.06.08 18:10
  • 1262 Baxış
 "JARA" festivalı təxirə salındı  - Gələn ilə qaldı

Bu il 29 iyul – 2 avqust tarixləri arasında Bakıda keçirilməsi planlaşdırılan “JARA” beynəlxalq musiqi festivalı təxirə salınıb.

Medicina.az xəbər verir ki, bu barədə təşkilatçı Emin Ağalarov məlumat verib.

“Əziz dostlar, biz çox təəssüf edirik ki, koronavirus pandemiyası və onun bütün dünyada kütləvi tədbirlərin keçirilməsinə yaratdığı çətinliklər ucbatından biz Bakıdakı "JARA" musiqi festivalını 2021-ci il 28 iyul – 1 avqust tarixlərinə keçirməyə məcburuq”, - Ağalarov İnstaqram hesabında yazıb.