Bakıda koronavirusa yoluxma üzrə lider bu rayondur

  • 2020.06.09 13:06
  • 2001 Baxış
Bakıda koronavirusa yoluxma üzrə lider bu rayondur

Bakı şəhərinin rayonları üzrə koronavirusa yoluxma halları ilə bağlı statistika açıqlanıb.

Medicina.az koronavirusinfo.az-a istinadən bildirir ki,

Belə ki, COVID-19-a yoluxmanın yeni statistikasında paytaxtın Sabunçu rayonu ilk yerdədir. Burada yoluxma 12,8 faiz təşkil edir.


Əvvəllər ilk sıranı Yasamal rayonu tuturdu. Hazırda həmin rayonda yoluxma 12,7 faizdir.

Binəqədi rayonunda koronavirusa yoluxma 12 faiz, Xətai rayonunda 11,3 faizdir.

Eyni zamanda, Nəsimi rayonu üzrə yoluxma 11,2 faiz, Nərimanovda 9,6 faiz, Suraxanıda 9,1 faiz, Nizamidə 6,9, Qaradağda 6,8 faiz, Xəzərdə 4,5 faiz, Səbaildə 2,8 faiz və Pirallahıda 0,4 faiz təşkil edir.