Bakıda orta məktəblərin, bağçaların və məscidlərin dezinfeksiyasına başlanılıb

  • 2020.02.20 14:24
  • 2926 Baxış
Bakıda orta məktəblərin, bağçaların və məscidlərin dezinfeksiyasına başlanılıb
Koronavirus təhlükəsi ilə əlaqədar Bakıda orta məktəblərin, bağçaların və məscidlərin dezinfeksiyasına başlanılıb.

Medicina.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Dezinfeksiya Mərkəzinin direktoru Akif Məmmədov bildirib.

İndiyə qədər 27 məscid, 2 sinaqoq, 60 məktəb və 50 uşaq bağçasında dezinfeksiya aparılıb. Dezinfeksiya işləri hazırda davam edir.


A. Məmmədov deyib ki, dezinfeksiya işləri əhalinin sıx olduğu digər yerlərdə, o cümlədən teatr və kitabxanalarda da aparılır.