Bakıda qadın bitki tərkibli dərmandan öldü

  • 2020.06.04 16:13
  • 2205 Baxış
Bakıda qadın bitki tərkibli dərmandan öldü

Bakıda qadın dərmandan zəhərlənib ölüb.

Medicina.az xəbər verir ki, hadisə 1 saylı Kliniki Tibbi Mərkəzdə baş verib.


Abşeron rayonu, Novxanı qəsəbəsində yaşayan, 1953-cü il təvəllüdlü Vəliyeva Füruzə Musa qızı mayın 25-də yaşadığı evdə "Dumble" adlı bitki dərmanı qəbul edib.

Dərmandan zəhərlənən qadın 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Ağciyər xəstəliyi və şəkərli diabetdən əziyyət çəkən qadın iyunun 3-də xəstəxanada dünyasını dəyişib.