Bakıda tanınmış kardioloq koronavirusa yoluxdu - "Çox da rahat deyiləm"

  • 2020.10.27 18:05
  • 3457 Baxış
Bakıda tanınmış kardioloq koronavirusa yoluxdu    - "Çox da rahat deyiləm"

"Avrasi\ya" klinikasının kardioloq həkimi Günay Rəhimova koronavirusla mübarizə aparır.

Medicina.az xəbər verir ki, o,hazırda xəstəliyi orta ağır keçirir və Neftçilər xəstəxanasında müalicə alır.

Həkim xəstəliyi necə keçirməsi barədə bunları qeyd edib:

"İlk dəfə 4 ay əvvəl deyəsən koronabənzər hal keçirdim, yüngül atlatdıq. İndi isə hər şey əsl koronalıqdır: buzlu şüşəli, öskürək, 38 dərəcə qızdırma, favirravirli. Həkimim Natiq həkim deyir ki, mənə inansan ağırlaşmayacaqsan.

Çox da rahat deyiləm. Amma sevildiyini bilmək, sənə bir şey olsa başından çəkilməyəcək dostlarının olmasını bilmək möhtəşəm hissdir".