Bal ağır ağciyər xəstəliklərini sağalda bilər

  • 2022.09.16 14:33
  • 666 Baxış
Bal ağır ağciyər xəstəliklərini sağalda bilər

Alimlər şəfa mənbəyi balın daha bir unikal təsirini açıqlayıb.


"Medicina" xəbər verir ki, manuka balının Mycobacterium abscessus kimi ağır ağciyər infeksiyasına qarşı təsirli olduğu sübut olunub.


Bu bakteriya vərəm sinfinə daxildir, amma ağciyərlərə keçdisə, onu orda tam müalicə etmək olmur.

Alimlər sübut edib ki, amikaçin antibiotiki ilə Manuka balı kombinasiyasında müailicə ölümcül bakteriyanı məhv edir.

Onlar bu vasitələri bir spreydə birləşdiriblər.

Tətbiq olunan Amikaçin antibiotikinin dozası 16 mikroqram idi.

Əlavə olunan Manuka Balının miqdarı isə 2 mikroqram idi.

Bu ikili ilə alimlər 8 dəfə az dərman tətbiq etməklə, bakteriyanı öldürə biliblər.

Bu vasitə yüz minlərlə xəstəni xilas edə bilər.

Aygün Musayeva