Balığın qızardıqdan sonra xırtıldayan alınmamasının səbəbi bəzən bişirmə üsulu yox, hazırlıq mərhələsində edilən kiçik bir səhv ola bilər.
Medicina.az xəbər verir ki, məşhur ispan aşpazı Anhel Leon balığı qızartmazdan əvvəl kran suyunda yumaq düzgün olmadığını bildirib.
Onun sözlərinə görə, su balığın səthində əlavə nəmlik yaradır və bu da isti yağda xırtıldayan qabığın yaranmasına mane olur.
Aşpaz balığı təmizləmək üçün nəm parça ilə silməyi və ya keyfiyyətli məhsuldursa, əlavə yuma etmədən bişirməyi məsləhət görür.
Mütəxəssislər qeyd edirlər ki, balığın quru səthi yağda daha yaxşı qızarır və nəticədə daha dadlı, xırtıldayan görünüş əldə olunur.
Xanım,
Medicina.az