Baş-boyun ağrıları və miqrenin səbəbi – Məşhur alqoloq müalicəsindən danışdı - VİDEO

  • 2020.06.26 20:34
  • 5768 Baxış
Baş-boyun ağrıları və miqrenin səbəbi  –   Məşhur alqoloq müalicəsindən danışdı - VİDEO


Miqren ağrılarından əziyyət çəkən, mütəmadi baş ağrıları yaşayan insanlar ən çox həkim yanında olan və dərman qəbul edən xəstələrdir. Bir çoxları düşünür ki, miqrenin çarəsi yoxdur. Bəziləri isə ümumiyyətlə başında şiş olduğunu güman edir.


Baş ağrılarının müalicəsi indi elə bir səviyyəyə gəlib çatıb ki, əvvəlki kimi bu ağrılarla barışıb dözmək və ağrıkəsicilərdən asılı yaşamaq dövrü keçib.

Medicina.az tanınmış alqoloq, ağrı mütəxəssisi Vüsal Eyvazovun baş ağrıları və miqrenin müalicəsində tövsiyə və metodlarını təqdim edir.

Həkim baş ağrılarının çox zaman boyundan qaynaqlanan miafassal, yəni əzələ ağrıları olduğunu bildirdi. Bəs niyə boyun, hətta kürəkdən yaranan ağrı başda hiss olunur, sanki beynimizin içi ağrıyır?


“Boyun əzələlərində olan spastik düyünlər, spazm düyünləri və buna bağlı tətik nöqtələri ağrını daha fərqli nahiyələrə yayılır. Ona görə baş ağrılarında məhz ağrını yatan tetik nöqtəni tapıb, aşkarlayıb, onları bloklamaqla, baş ağrılarını aradan qaldıra bilirik.

Xəstələrimiz olub ki, illərlə dərman müalicəsindən fayda görməyib, hətta dərmanı qəbul edən vaxt ağrısı dayanmayıb, biz bu xəstədə dünyanın aparıcı mütəxəssislərin metodu olan diaqnostik boyun fasset bloku edərək test apardıq. Xəstə bundan sonra ağrıların kəsildiyini dedi.


Ondan sonra onu əməliyyatxana şəraitində daha qalıcı bir prosedurla ağrı müalicə prosedurunu apardıq. Radiofrekans metodu ilə həmin ağrını boyundan başa və s. yayan ağrı sinirlərini belə deyək yandırdıq. Bu arada xəstələrə boyun gimnastikası tövsiyə edirik. Bu xəstələr uzun müddət bird aha baş –boyun ağrıları hiss etmir, sağlam, ağrısız həyatına davam edir”.

Ağrı Mərkəzinin ünvanı:
Babək prospekti, Bakı Medical Plaza
Əlaqə telefonu: 077 311 88 66
Daha ətraflı məlumat üçün www.vusaleyvazov.az


Baş boyun ağrılarının necə müalicə olunması ətraflı videoda