Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dövlət Baxçalıya vaksinin ikinci dozası da vuruldu - FOTO

  • 2021.02.11 15:22
  • 1271 Baxış
Dövlət Baxçalıya vaksinin ikinci dozası da vuruldu -  FOTO


Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı koronavirus peyvəndinin ikinci dozasını vurdurub.

“medicina” xəbər verir ki, bu barədə o, tvitter səhifəsində məlumat yayıb.

“Səhiyyə nazirimiz Fəxrəddin Qoca tərəfindən planlaşdırıldığı kimi, “COVID-19” virusuna qarşı peyvəndin ikinci dozasını vurdurdum. Ümid edirəm ki, yaxın gələcəkdə maskadan, məsafədən və təmizliyə diqqət yetirərək bu epidemiyadan qurtulacağıq”, - deyə D.Baxçalı bildirib.

Qeyd edək ki, D. Baxçalıya vaksinin ilk dozası yanvarın 15-də tətbiq olunub.