Bazar günü niyə dincələ bilmirik? – 3 səhv

  • 2023.11.25 17:22
  • 1846 Baxış
Bazar günü niyə dincələ bilmirik?  – 3 səhv
Əgər şənbə bazar ildırım sürətilə keçirsə, deməli siz düzgün istirahət etməyi bilmirsiz.
İnsan özü də bilmədən bazar gününü hədər edir.


“Medicina” xəbər verir ki, psixoterapevt Melex çox adamın yol verdiyi 7 səhvi açıqlayıb.

Səhv 1. Bazar günü bütün ev işləri və həftə ərzində vaxt tapıb etmədiklərimizi etmək. Öz öhdənə çox iş, vəzifə götürmək.

Belə yüklənmə orqanizmə rahatlanmağa imkan vermir, stress artır, 1-ci günə kimi yetməliyəm, sonra iş gəlir deyə-deyə bazar boşa gedir . Vacib məsələ bazar günü çox asan, gücünüz yetən, vacib 1-2 işi yerinə yetirməkdir.

Səhv 2. Bazar günü qonaqlıq, ad günü, tədbir və dostlarla ziyafət təşkil etməkdir.

Bu da illərlə davam edən ənənədir. Bazar günü görüşırik deyə dostlara vəd veririk və bu görüş özü də enerji tələb etdiyi üçün stress və yorğunluq verir.

Bazar günü gecəyarıya kimi qlobal görüşlər təşkil etməyin.

Səhv 3. Gecə yarıya kimi serial, tik-tok, sosial şəbəkələrə baxıb, guya istirahət etmək

Məhz şənbə bazar siz axşam 10-dan yatmalısız ki, beyin normal dincəlsin. Bazar günü istirahət etmək heç nə etməmək yox, gücü bərpa etməkdir. Nə gücünüzü alırsa, onu etməyin. Əksinə bədəni ruhu tam sakitliyə aparın, təbiətlə təmasda olun, təmiz hava alın.

Aygün Musayeva