BDU-nun yataqxanasında 3 qız zəhərləndi -ÖLƏN VAR

  • 2019.11.21 14:11
  • 7461 Baxış
BDU-nun yataqxanasında 3 qız zəhərləndi - ÖLƏN VAR
Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib.





Medicina.az xəbər verir ki, Həkimlər Mətbuat küçəsi 36 ünvanına çatdıqda otaqda huşsuz vəzuyyətdə 3 tələbə qız aşkarlayıblar.





 

Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir.





Səhiyyə Nazirliyindən Report-a məlumat təsdiqlənib, qeyd edilib ki, iki tələbənin müalicələri davam edir.