Bədəndə sidik turşusunu artıran purinli qidalar – Zərəri

  • 2023.04.19 17:05
  • 3373 Baxış
Bədəndə sidik turşusunu artıran purinli qidalar  – Zərəri
Metobolik pozulma, podaqra və bir sıra autoimmun xəstəliklərin səbəbi və ya nəticəsi olan sidik turşusu miqdarının orqanizmdə artması bir çox fəsadlar yaradır.

“Medicina” xəbər verir ki, oynaqları, ürəyi və böyrəkləri sıradan çıxaran podaqra xəstəliyi purin adlı maddənin bədəndən tam çıxarılmaması səbəbindən olur.

Purinlər həll olunub sidiklə xaric olmalıdır. Mübadilə pozulduqda sidik turşusu qanda artır, duzlar, uratlar oynaqlara yığılır.

Sidik turşusu artması təzyiqi qaldırır.
Amma sidik turşusunu artıran qida amilləri də var.

Sidik turşusu orqanizmdə çox yığılan xəstələrə purinsiz qidalanma məsləhət görülür və uzun müddətə pəhriz təyin edilir.

Purin daha çox mal əti, qoyun əti, dəniz məhsullarında, müəyyən balıq növlərində, içkidə, pivə, alkoqolda çox olur.

Qırmızı ət, içalat, qaraciyər, yağlı balıq, kolbasa, sosis, konservlər, paxlalı bitkilər, noxud, lobya, mərci, tərəvəzlərdən ispanaq, göbələk, gül kələmi, kələm purini artırır.

Eləcə də araq, pivə, qazlı, şirin içkilər, bəzi şərablar da sidik turşusunu çoxaldır.

Xüsusən 30-35 yaşlı kişilərdə bu problemlər çox olur.

Diaqnoz təsdiq olunarsa, uzun müddətə mal ətindən imtina etmək lazımdır.

Aygün Musayeva