Bədəniniz ağrıyırsa, həkim səbəbini tapmırsa? - Diaqnoz

  • 2024.05.24 17:19
  • 1253 Baxış
Bədəniniz ağrıyırsa, həkim səbəbini tapmırsa?   - Diaqnoz
Diqqət yayqınlığı, halsızlıq, kədər və qəzəb tutmaları, baş ağrısı, əzələ ağrısı, immunitet zəifliyi, hətta dincələndən sonra bu halların keçməməsi çətin diaqnoz olunan haldır.


“Medicina” xəbər verir ki, psixoterapevt İrina Krapkina bu xəstəliyin psixoloji səbəblərindən danışıb:


“Xroniki yorğunluq sindromu adətən perfeksionistlərin xəstəliyi adlanır. Belə ki, bu adamlar özlərinə qarşı çox tələbkar olduğu, hər şeydə ideal olmağa can atdığı və bütün tapşırıqları özü təkbaşına etdiyi üçün beyin və bədən baxımından heç vaxt tam dincəlmirlər.

Bu vəziyyət daha çox iri şəhərlərdə yaşayıb işləyənlərdə olur, 20-45 yaş arasl kateqoriyada rast gəlinir.

Simptomları: səbəsiz titrəmə, oynaqlarda ağrı, yuxu pozulması, təngnəfəslik, başgicəllənmə, ürəkbulanma, işığa, səsə həssaslıq, qıcıqlanma və s.


Xroniki yorulmadan qaçmaq üçün sutkada 8 saat yatmaq, istirahətə vaxt ayırmaq, vitamin mikroelementlərlə zəngin qidalanma və psixoterapiya almaq, həyata baxış və davranışları dəyişmək lazımdır.


Açıq havada, təbiətdə çox gəzmək, sakitləşdirici musiqi, masaj, relaks və s. mütləqdir.


Həftədə 1 gün informasiya detoksu edin, telefondan uzaq durun”.


Aygün