Türk neyrocərrah Bakıda möcüzələr yaradır - Bel yırtıqlarının əməliyyatsız müalicəsi - VİDEO

  • 2023.07.07 15:28
  • 4292 Baxış
Türk neyrocərrah Bakıda möcüzələr yaradır  - Bel yırtıqlarının əməliyyatsız müalicəsi - VİDEO
İnsanların həkimlərə ən çox üz tutduğu problem bədəndə, beldə, oynaqlarda ağrılar və sinir problemləridir.


Bel, onurğa, boyun ağrılarının müalicəsində artıq dərman, maz müalicəsi effektiv deyil. Uzun –uzadı müalicələr əvəzinə müasir, qısa və təsirli metodlar var.


“Medicina” xəbər verir ki, bir müddətdir Caspian İnternational Hospitalda çalışan türkiyəli həkim alqoloq, neyrocərrah Bekircan Peksoylu xəstələri uzun illərin ağrısından necə xilas etdiyini açıqlayıb.


Həkim getdikcə gəncləşən onurğa, hərəkət-dayaq aparatı disfunksiyaları və ağrıların səbəblərini sadalayıb.

“Hərəkətsizlik, uzun müddət sükan və komputer arxasında oturmaq, az gəzmək, zərərli qidalar – bunlar hamısı dayaq orqanlarını sıradan çıxarır. Amma tək səbəb bunlar deyil. Bədən ağrılarının çox səbəbləri var.

Əvvəl biz ya dərmanla, ya əməliyyatla bu problemləri həll etməyə çalışırdıq. Bu gün xəstələrə bir sıra yeni və asan müalicələr təqdim edirik: radiofrekans, transfominal inyeksiya, epidural inyeksiya, fizioterapiya kimi alternativ metodlar. Əməliyyatların isə mikrocərrahiyyəsi, qapalısı, kəsiksizi var.


Bunların içindən xəstə hansından daha çox fayda görəcəksə, sağalacaqsa, o seçilir. Bunlardan biri də seçilə bilər, kombinasion şəkildə də. Hər xəstə fərdidir, onun yaşı, MRT dəyərləri, bədəni, vərdişləri dəyərləndirilir.


Bizdə boyun, bel disk yırtığı ilə gələn xəstələrin artıq 99%- i əməliyyatsız, dediyim alternativ metodlarla müalicə olunub ağrılardan xilas olur.

Onurğa yırtığında qırmızı xətt deyilən simptomlar var: sidikqaçırma, ayaqda gücsüzlük, genital nahiyədə hissizlik, cinsi zəiflik varsa, nə edərsizsə edin, faydasızdır, əməliyyat vacibdir. Bu əlamətlər yoxdursa, qalan digər əməliyyatlarda, hətta yırtıq böyük, kiçik olarsa, ağrı şiddətli olarsa, fərq etməz, inyeksiya, radiofrekans, dərman və s. müalicələrimizi düzgün tətbiq etsək, xəstə sağalır.

Baxmayaraq ki, biz cərrahıq, əməliyyat edirik və bu metod ən yaxşı metodlardan biridir, amma hər xəstəni əməliyyata almaq çıxış yolu deyil, əməliyyat bahalıdır və bu zaman xəstə məmnuniyyətsizliyi yaranır. Elə ağrılar, yırtıqlar var ki, əməliyyat etsəz də ağrısı keçməyəcək, çünki əməliyyatlıq problem yox idi”.

Neyrocərrah Bekircan Peksoylu ilə video müsahibəni izləyin:





Həkimin qəbulu üçün:

Caspian International Hospital
Badamdar qəsəbəsi, 1-ci yasayis massivi 31,
(012) 502 50 16



Aygün Musayeva
Medicina.az