Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Beyin üçün də Viaqra hazırlanır – Kimlərə lazımdır?

  • 2025.06.27 19:25
  • 121 Baxış
Beyin üçün də Viaqra hazırlanır  – Kimlərə lazımdır?

2027-ci ilə kimi beyin üçün Viagra ortaya çıxacaq.


“Medicina” xəbər verir ki, ənənəvi dərmanlar penisə qan axınına təsir edərsə, yenisi beynin cinsi siqnallarına təsir edəcək.

London İmperial Kollecinin alimləri müəyyən ediblər ki, yetkinlik dövründə səviyyəsi yüksələn spesifik hormon beyində cinsi istək siqnallarını aktivləşdirə bilir.

Söhbət insanlarda cinsi istək və reproduktiv həyatdan məsul olan kisspeptin adlı hormondan gedir ki, seksuallıq, romantika və həyəcan hissi ilə əlaqələndirilir.

Gənclərdə libidonun səviyyəsindən məsul olan bu hormon orta yaşlı və yaşlı insanlarda azalır.

Tədqiqatçılar tapdılar ki, kisspeptin inyeksiyaları beyində adətən insan yüksək həyəcanlı olduqda baş verən kimyəvi maddələri aktivləşdirə bilər. Alimlər hesab edirlər ki, bu həblər bir gün sırf fizioloji amillərin səbəb olduğu deyil, psixoloji cinsi problemləri uğurla müalicə etmək üçün istifadə edilə bilər.


Tədqiqat müəllifləri kisspeptinin "beyin Viaqrası" kimi istifadə edilə biləcəyini vurğuladılar. Doğuşla bağlı tədqiqatların əksəriyyəti cütlüklərin təbii yolla hamilə qalmasına mane olan bioloji amillərə yönəlmişdir.

Təbii ki, insanın reproduktiv proseslərində fiziologiya mühüm rol oynayır, lakin elm tərəfindən yaxşı başa düşülməyən beyin və emosional emal prosesləri də eyni dərəcədə mühüm rol oynayır. Kisspeptin bədəndə digər reproduktiv hormonları stimullaşdıran təbii bir hormondur.

Aygün Musayeva