Beyini bədəndən ayrı canlı saxlamaq mümkün olacaq

  • 2023.11.23 15:38
  • 864 Baxış
Beyini bədəndən ayrı canlı saxlamaq  mümkün olacaq
Alimlər beyni bədəndən ayrı saxlaya biləcək cihaz kəşf edib.


"Medicina" xəbər verir ki, bu cihazla beyin bədənin qalan hissəsindən asılı olmayaraq işləyə bilir.


Təcrübədə anesteziya edilmiş donuzun beyninə qan axını dayandırılıb, kompüterləşdirilmiş alqoritm isə orqan üçün lazım olan qandövranını, temperaturu və qida maddələrini saxlamışdır.

Nevroloqlar qrupu, bu şərtlərdə beyin fəaliyyətinin beş saat ərzində minimal dəyişikliklər göstərdiyini bildirib.


Professor Juan Pascual qeyd edib ki, bu yeni üsul bizə fizioloji suallara əvvəllər heç vaxt görülməmiş şəkildə cavab verməyə imkan verir və bədəndən asılı olmayaraq beyinə yönəlmiş tədqiqatlara işıq salır.


Aygün M