Biz nə etdik ki, yoluxma artdı? - Baş epidemioloqdan açıqlama

  • 2020.06.04 16:06
  • 1204 Baxış
Biz nə etdik ki, yoluxma artdı?  -   Baş epidemioloqdan açıqlama


Respublikanın Baş epidemioloqu İbadulla Ağayev Azərbaycan Televiziyasının (AzTV) “Xəbərlər” proqramına müsahibə verib.

O bildirib ki, son günlərdə Azərbaycanda COVID-19 infeksiyasının sürətlə yayılmasının bir səbəbi var - əhalinin laqeydliyi və məsuliyyətsiz davranışı.

Baş epidemioloqun sözlərinə görə, pandemiyanın geniş yayılmasının qarşısını almaq üçün həm açıq, həm də qapalı məkanlarda maskalardan istifadə olunmalıdır.

“Sosial şəbəkələrdə qərəzli yayılan məlumatlara inanmaq lazım deyil. Normativlərə əməl olunmalı, ara məsafəsi gözlənməlidir. Unutmaq lazım deyil ki, dövlətin həyata keçirdiyi tədbirlər vətəndaşların mənafeyi üçündür”, - deyə İ.Ağayev qeyd edib.

O, əhaliyə səslənərək yaxınlarını və doğmalarını qorumağa, maskalardan düzgün istifadə etməyə, obyekt sahiblərini isə məsuliyyətli olmağa çağırıb.

" Siz elə bilirsiz ki, maskadan istifadə etməsəz virusa yoluxmayacaqsız və ya maskanın faydası yoxdur. Xeyr, maska olmasa yoluxma daha da çox olacaq"