Bollivud aktyoru koronavirusdan öldü

  • 2023.12.28 17:35
  • 1004 Baxış
Bollivud aktyoru koronavirusdan öldü

Hindistan kinosunun pərəstişkarlarının daha çox Vicayakant kimi tanıdığı məşhur aktyor Narayanan Vicayaraj Alaqarsvami Hindistanda vəfat edib.


Bakupost.az "MK"-ya istinadla xəbər verir ki, o, 71 yaşında koronavirusun yaratdığı fəsadlar nəticəsində dünyasını dəyişib.


Bir sıra Hindistan KİV-lərinin yazdığına görə, Vicayakant tənəffüs problemi səbəbindən özəl xəstəxanaya yerləşdirilib. Orada ona COVID-19 diaqnozu qoyulub və süni tənəffüs aparastına qoşularaq reanimasiya şöbəsinə yerləşdirilib. Lakin bu, aktyoru xilas etməyib. 2023-cü il dekabrın 28-də onun vəziyyəti kəskin pisləşib və o ölüb.


Məşhur aktyorun dünyasını dəyişdiyi xəstəxananın işçilərinin sözlərinə görə, həkimlər onun həyatı üçün sona qədər mübarizə aparsalar da, Vicayakantı xilas edə bilməyiblər.


Narayanan Vicayaraj Alaqarsvami Hindistan kino sənayesinin Tamil seqmenti olan Kollivudun məşhur nümayəndəsidir. Onun 155 fərqli layihəsi var. O, bu layihələrdə təkcə aktyor deyil, həm də ssenarist və rejissor kimi çıxış edib.