100 nəfər reanimasiyada, 21 nəfər süni tənəffüs aparatındadır – TƏBİB SƏDRİ

  • 2020.06.04 17:17
  • 2644 Baxış
100 nəfər reanimasiyada, 21 nəfər süni tənəffüs aparatındadır  – TƏBİB SƏDRİ


Bu günə olan rəqəmlər qətiyyən qaneedici deyildir. Ümumilikdə Azərbaycanda indiyə kimi 322 574 test edilib. Bu günə kimi 78 xəstəmiz vəfat edib.

Medicina.az xəbər verir ki, TƏBİB sədri Ramin Bayramlı ağır xəstələrin sayının kəskin artdığını bildirib.

“ Əksəriyyəti Bakı şəhərində olmaqla, reanimasiya şəraitində 100 xəstəmiz müalicədədir, onlardan 21 nəfəri süni tənəffüs aparatındadır”.

Ona görə yaxın həftələrdə bayram günləri də düşərsə 2 və ya 3 günlük tam qapanma tədbiri həyata keçiriləcəkdir.