Bu günə yoluxma

  • 2022.11.19 17:03
  • 3649 Baxış
Bu günə yoluxma

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 52 nəfər müalicə olunaraq sağalıb.


"Medicina" xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən üç nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 923 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 721 nəfər müalicə olunaraq sağalıb, 9 972 nəfər vəfat edib, aktiv xəstə sayı 230 nəfərdir.

Ölkədə son sutka ərzində 2 084, hazırkı dövrədək isə 7 353 336 test aparılıb.