ABŞ-də aparılan yeni araşdırma uşaqlıq dövründə şəkərli içkilərin müntəzəm qəbulunun gələcəkdə yüksək qan təzyiqi riskini artırdığını göstərib.
Medicina.az xəbər verir ki, 25 mindən çox insanın 25 il ərzində izlənildiyi tədqiqatda gündə iki və ya daha çox şəkərli içki qəbul edən uşaqlarda yetkin yaşda hipertoniya riski digərləri ilə müqayisədə 52 faiz daha yüksək olduğu müəyyən olunub.
Alimlər bildirirlər ki, risk təkcə qazlı içkilərlə məhdudlaşmır. Gündəlik çox miqdarda meyvə şirəsi içən uşaqlarda da yüksək təzyiq ehtimalının artdığı müşahidə edilib.
Mütəxəssislər uşaqlar üçün şəkərli içkilərin əvəzinə su və bütöv meyvələrə üstünlük verilməsini tövsiyə edirlər.
Xanım,
Medicina.az