Bu il də orta və ali məktəblər açılmayacaq - Dünya Səhiyyə Təşkilatı

  • 08 İyl 2021 15:07
  • 3389 Baxış
Bu il də orta və ali məktəblər açılmayacaq -  Dünya Səhiyyə Təşkilatı

İyulun 7-8 tarixlərində Times Higher Education və İrlandiyanın Sağlamlıq və Tibb Elmləri Universitetinin birgə təşkilatçılığı ilə “Sağlamlıq və rifah” mövzusunda qlobal forum təşkil olunub.

Bakupost.az xəbər verir ki, hazırda davam edən forumda Sağlamlıq və Tibb Elmləri Universitetinin prezidenti Ronan Konel, Ümümdünya Səhiyyə Təşkilatının baş katibi Tedros Adhanom Qebreyesus, Mançester Universitetinin prezidenti Nansi Rosvel, Ümümdünya Səhiyyə Təşkilatının icraçı direktoru Maykl Ryan, Avropa Vaksin Təşəbbüsünün əməliyyatlar üzrə direktoru Hilde Depraeter, Toronto Universitetinin vitse-prezidenti Çeril Reger,Oksford Universitetində Yenner İnstitutunun direktoru Adrian Hill və Sağlamlıq və Tibb Elmləri Universitetinin professorları, alim və tədqiqatçıları çıxış edirlər.

Azərbaycandan Qərbi Kaspi Universitetinin də qatıldığı qlobal forumda pandemiyanın hazırkı səviyyəsi, indiki vəziyyətdə qarşıda duran əsas çağırışlar, eləcə də təhsilin gələcəyi, yeni vəziyyətdə keyfiyyətin qorunması, atılmalı olan addımlar nəzərdən keçirilib.

Ümumdünya Səhiyyə Təşkilatının baş katibi Tedros Adhanom Qebreyesus forumdakı çıxışı zamanı növbəti təhsil ilində ənənəvi təhsilə qayıtmağın mümkün olmayacağını istisna etməyib.