Bu ölkədə 100-dən çox adam istidən öldü

  • 2024.04.09 00:29
  • 684 Baxış
Bu ölkədə 100-dən çox adam istidən öldü
Malidə son həftələr davam edən anomal isti hava səbəbindən 100-dən çox insan həyatını itirib.

Medicina.az “BBC”yə istinadən xəbər verir ki,  təkcə paytaxt Bamakodakı Qabriel Ture xəstəxanası istidən ölən 102 nəfərin meyitini qəbul edib.

Keçən həftə ölkənin cənub-qərbindəki Kayes şəhərində havanın temperaturu 48,5 dərəcə olub. Bu, bütün Afrika üzrə aprel ayı üçün tarixi maksimum hesab olunub.

Təsdiqlənməmiş məlumatlara görə, 3 gündə 250-dən çox insan anomal istidən ölüb.

Mütəxəssislər Malidə görünməmiş istiləri El Nino hava fenomeni ilə əlaqələndirirlər.

Meteoroloqlar xəbərdarlıq edirlər ki, El Nino bu ilin iyul ayına qədər dünyanın müxtəlif yerlərində hava şəraitinə aktiv təsir göstərəcək.