Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu qidalar qadınlarda tüklənməyə səbəb olur

  • 2025.07.08 13:01
  • 112 Baxış
Bu qidalar qadınlarda tüklənməyə  səbəb olur

Bu gün qadınların ən çox şikayət etdiyi hormonal problemlərdən biri üzdə tüklərin həddindən artıq çox çıxması (hirsutizm) həyat keyfiyyətinə və özünə inamına birbaşa təsir edə bilər. Tədqiqatlara görə, yediklərimizə bağlı olaraq tüklərin böyüməsi də arta bilər.

Medicina.az xəbər verir ki, xüsusilə qadınların kabusu olan tüklər estetik baxımdan xoş görünmür.

O qədər ki, bəzi qadınlar tüklənmə ilə mübarizə aparır.

Qadınlarda normadan çox tükıənmə adətən androgen (kişi hormonu) səviyyəsinin artması ilə əlaqələndirilir. Bu vəziyyət xüsusilə polikistik yumurtalıq sindromu (PCOS) olan qadınlarda yayğındır.



Alimlərin fikrincə, yemək vərdişləri də hormon balansına ciddi təsir edə bilər.

Harvard Tibb Məktəbinin araşdırmasına görə, yüksək yağlı və yüksək karbohidratlı "fast food" məhsulları insulin dirəncinə səbəb olur.

İnsülin dirənci yumurtalıqlarda testosteronu artıraraq qadınlarda tüklənməyə səbəb olur.

Türkiyə Endokrinologiya və Metabolizma Dərnəyinin hesabatına görə, işlənmiş qidalar qəbul edən qadınlarda hirsutizm tezliyi 35%-ə qədər ola bilər.

Aygün
Medicina.az