Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu qoxu insanları daha xoşbəxt edir - Sübut olundu

  • 2025.08.14 13:00
  • 199 Baxış
Bu qoxu insanları daha xoşbəxt edir -  Sübut olundu

Son elmi araşdırmalar müəyyən qoxuların insanları xoşbəxt etdiyini ortaya çıxarıb.

Medicina.az xəbər verir ki, araşdırmalar göstərir ki, xüsusilə təbii və aromatik qoxular stressi azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır, insanları daha xoşbəxt və enerjili edir.

Psixologiya və nevrologiyada aparılan tədqiqatlar vurğulayır ki, qoxu hissi bilavasitə limbik sistemlə, emosiyalar və yaddaşdan məsul olan beyin bölgəsi ilə bağlıdır.

Bu əlaqə qoxuların əhval-ruhiyyəyə sürətli və dərin təsir göstərməsinə imkan verir.



Bəs, hansı ətir insanları daha çox sevindirir?

LAVANDA

ABŞ-da aparılan araşdırma, lavanda qoxusunun insanların əhval-ruhiyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını ortaya qoyub.

Milli Tibb Kitabxanasının (PMC2278291) məlumatlarına əsaslanan araşdırma, lavanda qoxusuna məruz qalan iştirakçıların daha aşağı stress səviyyələri yaşadıqlarını, rahatlıq və xoşbəxtlik hisslərini əhəmiyyətli dərəcədə artırdığını aşkar edib.

Həmçinin lavanda qoxusu yuxu keyfiyyətini yaxşılaşdırır.

Mütəxəssislər bildirirlər ki, lavanda qoxusunun xüsusilə güclü stress, narahatlıq və ya yuxusuzluq yaşayan insanlar üçün təbii dəstək ola bilər.

Aygün
Medicina.az