Bu xəstəxananın baş həkim və müavinləri işdən çıxarıldı

  • 2023.11.03 14:49
  • 2360 Baxış
Bu xəstəxananın baş həkim və müavinləri   işdən çıxarıldı

Şərur Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən azad olunub.



"Medicina" xəbər verir ki, bu barədə Naxçıvan MR səhiyyə nazirinin müavini, nazirin səlahiyyətlərini icra edən Samıq Sadıxov əmr imzalayıb.

Əmrə əsasən, xəstəxananın baş həkimi Adəm İmanov işdən çıxarılıb. Eyni zamanda, baş həkimin müavinləri Kəmalə Bağırova və İsrafil Cəfərov da vəzifələrindən azad ediliblər.