Çində gənc oğlan daim telefonuna baxdığı üçün iflic olub və başını qaldıra bilməyib.
“Medicina” xəbər verir ki, Xiao Dong adlı tələbə yay aylarında kafedə part-time işləyirmiş və orada saatlarla qab-qacaq yuyaraq, masaları silməklə məşğul olub.
Boş vaxtlarında o, saatlarla telefonda video oyunlar oynayır və sosial şəbəkələrdə otururdu. Bir gün o başını qaldıra bilmədiyini və ayaqlarının iflic olduğunu görür.
Valideynləri onu təcili olaraq xəstəxanaya çatdırıblar, həkimlər müayinə etdikdən sonra onurğa sütununda böyük qan laxtası aşkar ediblər. Məhz bu laxta onurğa beynini sıxaraq, demək olar ki, tam iflic vəziyyəti yaradıb.
Həkimlər izah edib ki, başın daim əyilməsi onurğa kanalının damarlarında həddindən artıq təzyiqə səbəb olur. Xiao-da bu vərdiş damarın yırtılmasına və qan laxtasının meydana gəlməsinə səbəb olub.
Cərrahlar təcili əməliyyat keçirərək, laxtanı çıxararaq, geridönməz iflicin qarşısını alıblar. İndi tələbə tədricən ayaqlarında hərəkətliliyi bərpa edir və həkimlər onun tam sağalacağına ümid edirlər.
Aygün Musayeva