Bütün günü telefona baxanlar risk altındadır - Mütəxəssisdən ciddi xəbərdarlıq

  • 2026.02.12 21:33
  • 186 Baxış
Bütün günü telefona baxanlar risk altındadır -  Mütəxəssisdən ciddi xəbərdarlıq

Gündəlik həyatda telefon, planşet və televizorların artan istifadəsi gözləri intensiv mavi işığa məruz qoyur. Mütəxəssislərin fikrincə, bu, zamanla göz yorğunluğuna və görmə problemlərinə səbəb ola bilər. Mütəxəssislər balanslı qidalanmanın göz sağlamlığının qorunması üçün vacib olduğunu bildirir, vitamin və omeqa-3 ilə zəngin qidaların istehlakını və müntəzəm göz müayinələrini laqeyd yanaşmamağı tövsiyə edirlər.

Medicina.az xəbər verir ki, türkoyəli oftalmoloq Dr. Safiye Küçükgül göz sağlamlığı ilə qidalanma arasındakı güclü əlaqəni vurğulayıb.



Küçükgül düzgün qidalanmanın göz toxumalarının sağlamlığını qorumaq və yaşla əlaqəli görmə itkisinin qarşısını almaq üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Küçükgül, bu günlərdə gözlərin telefon, televizor və planşet istifadəsindən qaynaqlanan mavi ekran işığına və ətraf mühit amillərinə çox məruz qaldığını və bu vəziyyətin zamanla göz yorğunluğuna və görmə problemlərinə səbəb ola biləcəyini deyib.

Mütəmadi və balanslı qidalanmanın göz hüceyrələrini qoruyaraq retinanın sağlamlığını gücləndirdiyini qeyd edən Safiye Küçükgül, yerkökü, bənövşəyi kələm, turp və yaşıl yarpaqlı tərəvəzlər kimi tünd rəngli tərəvəzlərin, çoxdoymamış yağ turşuları ehtiva edən sardina, hamsi və skumbriya kimi balıqların, yumurta, qoz-fındıq, tam taxılların və sitrus meyvələrinin göz sağlamlığı üçün vacib qidalar arasında olduğunu bildirib. Vitamin və antioksidantlarla zəngin qidaların göz xəstəliklərinə qarşı qoruyucu təsirini vurğulayan mütəxəssis, A vitamini, lutein, zeaksantin, C və E vitaminləri və omeqa-3 yağ turşularının göz sağlamlığını dəstəklədiyini qeyd edib.



Dr. Küçükgül həmçinin qeyri-kafi və balanssız qidalanmanın gecə korluğu, katarakt, makula degenerasiyası və quru gözlər kimi ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirib.



Qidalanma ilə yanaşı, o, müntəzəm göz müayinələrinin laqeyd edilməməli olduğunu vurğulayıb və əlavə edib ki, günəş eynəyi taxmaq, ekranlara baxarkən gözləri dincəltmək və siqaretdən uzaq durmaq da göz sağlamlığını qorumaq üçün tədbirlər arasındadır.

Aygün
Medicina.az