Bütün peyvəndlərdə ölüm ola bilər, istəməyən vurdurmasın - QALMAQAL

  • 2024.05.08 16:16
  • 579 Baxış
Bütün peyvəndlərdə ölüm ola bilər, istəməyən vurdurmasın  - QALMAQAL
AstraZenecanın kovid vaksini ətrafında məhkəmə qalmaqalı bitmir.



"Medicina" xəbər verir ki, Britaniya-İsveç şirkətlərinin birgə peyvəndi olan AstraZeneca pandemiya dövründən bu vaxta kimi milyonlarla insana vurulub.

Peyvəndin yan təsirlərindən biri tromboz, tromboemboliya, qan laxtalanmasıdır.


Peyvənd vurduranlar və xəstələr şirkəti məhkəməyə verib. İddiaçıların sayı 10 mini keçir.

Bundan sonra bir çox ölkələrdə insanlar onlar peyvəndə məcbur edən həkimləri və qurumları qınağa tutub.

Bu qədər insan peyvənd vurdurub, bunun nəticəsi necə olacaq?


Mütəxəssislər isə mübahisə etmək istəmir.

“100 və ya 300 mində bir insanda əks təsir ola bilər.

Hər hansı bir peyvənd təhlükəli ola bilər və hər peyvənd heç də 100% təsirli deyil. Bütün peyvəndlərdən ölüm halları var, təxminən milyonda bir, iki nəfərə bir ölüm. İstəməyən vurdurmasın. Biz heç nə edə bilmərik".


Aygün Musayeva