Çayı südlə içməyin faydaları

  • 2023.12.15 16:09
  • 2064 Baxış
Çayı südlə içməyin faydaları

Çin, Koreya və bəzi şərq xalqlarında xüsusən köçərilər çayı südlə hazırlayıb içirlər.

Qədimdən mövcud olan bu çay resepti əslində sadə qara çaydan daha faydalıdır.

“Medicina” xəbər verir ki, pediatr Ramil Şahvələdov bu çayın uşaqlara faydasını açıqlayıb.


“Südlü çay çox rahatlandırıcı təsir edir. Xüsusən hiperaktiv və əsəbi, oyanıq uşaqlar üçün faydalıdır.

Qrip və soyuqdəymənin ilk günlərində isti südlə çay vəziyyəti yaxşılaşdırır, bağırsağın işini düzəldir.
Yaşıl çayla süddə teanin var. Bu amin turşusu mədə-bağırsaq xəstəlikləri riskini azaldır.

Süddə olan kalsium, fosfor, D vitamin çayın sümüklərə dağıdıcı təsirinin qarşısını alır, uşaqlarda sümük və dişləri möhkəmləndirir.

Eləcə də yaşıl çayla süd hüceyrələri qoruyur, qocalma prosesini ləngidir.

Çayla süd xüsusi qaydada hazırlanmalıdır”.

Aygün Musayeva