Çətənə yağı hansı xəstəliklərdə faydalıdır?

  • 2023.09.15 17:22
  • 3065 Baxış
Çətənə yağı hansı xəstəliklərdə faydalıdır?

Çətənə yağı çox faydalıdır və artıq əlavə vasitə kimi xarici ölkələrdə apteklərdə satılır.


“Medicina” xəbər verir ki, həkim Mariyat Muxina xüsusən yaşlı adamlara çətənə yağının faydalı olduğunu bildirib.

“Bu yağda olan doymamış turşular beyin neyronlarının sintezi, hormonal balans və qan damarları üçün vacibdir. Bu turşular zərərli xolesterini azaldır.

Çətənədə xlorofill var ki, o da antixərçəng təsir edir.


Çətənə yağını daxilə və xaricə istifadə etdikdə, saç, dəri, dırnaqları möhkəmlədir, psoriaz və neyrodermit kimi müalicəsi olmayan xəstəliklərdə faydalıdır.

Bu yağın yalnız soyuq sıxımını seçməlisiz, onu qızdırmaq, nəsə bişirmək olmaz.

Çətənə yağını hər gün qəbul etməyin faydaları:

- Sinir sistemini tənzimləyir
- İmmuniteti möhkəmlədir
- Damarları təmizləyir
- Damar tıxaqlarını yumşaldır

Xüsusən 50 yaş yuxarı insanlar üçün belə tərkibdə yağlar vacibdir.

Aygün Musayeva