Çin 2023-cü ildə kovidlə faicəli döyüş olacağını elan etdi

  • 2022.12.26 15:53
  • 756 Baxış
Çin 2023-cü ildə kovidlə faicəli döyüş olacağını  elan etdi


Şanxay həkimləri əhalini COVID-19-la “faciəli döyüşə” hazırlaşmağa çağırıb.

Ölkədə koronavirus məhdudiyyətlərin aradan qaldırılmasından iki həftə sonra mütəxəssislər virus dalğasının sözün əsl mənasında ölkəni əhatə edəcəyini gözləyirlər.

"Medicina" xəbər verir ki, bu gün şəhərdə 5,43 milyon COVID-19 xəstəsi var və bu rəqəm 12,5 milyon nəfərə qədər arta bilər.

“Bu böyük döyüşdə bütün Şanxay iştirak edəcək, bütün xəstəxana işçiləri və ailələrimiz yoluxacaq. Seçimimiz yoxdur, qaça bilməyəcəyik”.

Çində gələn il koronavirusdan təxminən 1 milyon insanın öləcəyi proqnozlaşdırılır.