Çində mutant Ebola virusu yaradıldı

  • 2024.05.06 21:34
  • 302 Baxış
Çində mutant Ebola virusu yaradıldı
Çində alimlər Ebola virusunun siçanlarda yayılma modelini öyrənmək üçün mutasiya ediblər.

Medicina.az-ın məlumatına görə, bununla bağlı məqalədə qeyd olunub ki, surroqat virus və onunla bağlı olan xəstəlik təhlükəsizliyi artıracaq və Ebola hemorragik qızdırması ilə bağlı tədqiqatlara sərf edilən xərci azaldacaq.

Alimlər siçanların üzərində infeksiyanın klinik mənzərəsini öyrənmək üçün Ebola və vezikulyar stomatit viruslarını birləşdiriblər.

Tədqiqatçılar, yoluxmuş heyvanların Ebolanın yaratdığı göz siniri xəstəliyinin öyrənilməsində rol oynaya biləcəyinə inanırlar.