Çində yoluxmada antirekord - Sutkada 28 min nəfər

  • 2022.04.13 17:59
  • 1759 Baxış
 Çində yoluxmada antirekord    -  Sutkada 28 min nəfər
Çin hökuməti ötən sutkada koronavirusun yeni tipinə 28 038 yeni yoluxma faktı aşkarlayıb.


Medicina.az xəbər verir ki, bu rəqəm pandemiya dövründə yeni maksimum rekorddur.


Göstəricilər əvvəlki gündən 13,7% çoxdur. Həftəlik dinamika 36%-i keçib.


Məlumatda bildirilir ki, Çində olan ştamma yoluxanlarda öskürək, yüksək hərarət, halsızlıq əlamətləri var. Xəstələrin 80%-i simptomsuzdur. Onlar sağlam insan kimi görünür, virusa yoluxduqları yalnız test vasitəsilə məlum olur.


Çin hökuməti iri şəhərlərdə 3-4 milyon əhalini sərt lokdaunla evlərə qapadıb.


Qeyd edək ki, 1 ildir pandemiya başlayandan Çində gündəlik yoluxma cəmi 100-200 nəfər olurdu.


Bu vaxta qədər orda cəmi 4638 nəfər koviddən ölüb. Bu isə Azərbaycandan qat-qat aşağıdır.